Tez-tez Verilən Suallar

tezödə-yə kim qoşula bilər?

Tezödə üzv olmaqla, siz ödəmələrinizi daha rahat, təhlükəsiz və sürətli şəkildə həyata keçirə biləcəksiniz. Tezödə sistemində ödəmələr avtomatik olaraq icra olunur, beləliklə, nəğd pul və ya kart gəzdirilməsi zərurəti aradan qalxır. Siz həmçinin növbəsiz xidmətlərdən faydalana biləcəksiniz.

Bəli, Tezödə xidmətlərindən istifadə etmək üçün internet bağlantısı vacibdir. Sistem onlayn rejimdə işlədiyindən, ödənişlərin və digər əməliyyatların icrası üçün davamlı internet bağlantısına malik olmalısınız. Bu, xidmətin sürətli və təhlükəsiz olmasını təmin edir.

tezödə-də qeydiyyatdan necə keçə bilərəm?

Tezödə-dən qeydiyyatdan keçmək üçün sizə şəxsiyyət vəsiqəsinin fin kodu, aktiv mobil nömrə və kart lazım olacaq

Tezödə xidmətində ödənişlər necə həyata keçir?

İlk öncə saytda qeydiyyatdan keçib bank kartını əlavə edirsiniz. Kart özü avtomatik olaraq qeydiyyatda əlavə etdiyiniz FİN nömrəsinə bağlanır.

Daha sonra "ASAN xidmət" mərkəzlərində hər hansı əməliyyat (hazırda Şəxsiyyət vəsiqəsi, Ümumivətəndaş passportu və Sürücülük vəsiqəsi) etdikdə, Sizə xidmət göstərən operatorun pəncərəsində “tezödə” düyməsi aktivləşir. Operator Sizin Tezödə ilə ödəmək istəyinizi aldıqdan sonra düyməyə basır və ödəniş özaxar icra edilir.

Qeyd:

1. hər hansı bir QR oxutmaq və ya digər hərəkətə gərək qalmır.

2. Ödənişin keçdiyinə dair Sizə SMS bildiriş daxil olur.

Referal kod nədir?

Bu kodu daxil etmək vacib deyil, lakin hər hansı kampaniya dövründə Sizi cəlb edən müştərinin FİN kodu qeyd edilə bilər.

- Kampaniyanın şərtlərindən asılı olaraq cəlb edən müştəri müxtəlif bonuslar qazana bilər.

- Siz hər hansı bir müştərini cəlb etdikdə öz referal kodunuzu ona bildirməlisiniz.

- Şəxsi kabinetinizdə Referal kodunuzu görə bilərsiniz.

Tezödə-dən qeydiyyatdan keçərkən şifrənin tərtib olunması tələbi necədir?

Şifrə böyük və kiçik hərflərdən, rəqəmlərdən və simvollardan ibarət olmalıdır. Mümkün olan dəyərlər: A-Z, a-z, 0-9 və @$!%*?&# simvollarıdır. Şifrədə ən azı mütləq bir böyük hərf, bir kiçik hərf, bir rəqəm və bir simvol istifadə olunmalıdır. Şifrənin minimum uzunluğu 8 dəyərdən ibarət olmalıdır.